18 Avqust 20:49
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveytin Elektrik, Su və Bərpaolunan Enerji Nazirliyi paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişini mərhələli şəkildə dayandırıb.

Teleqraf.com xəbər verir ki, elektrik enerjisinin kəsilməsinə istilik elektrik stansiyalarının yanacaq təchizatında yaranan fasilələr səbəb olub. Elektrik enerjisi istehsalının kifayət qədər olmaması səbəbindən duzsuzlaşdırma qurğularının da fəaliyyəti dayandırılıb.

Küveyt təsdiqlənmiş neft ehtiyatlarına görə dünyada altıncı yerdədir. OPEC-in məlumatına görə, Küveytin neft ehtiyatları 101,5 milyard barel və ya dünya neft ehtiyatlarının təxminən 6%-i səviyyəsində qiymətləndirilir. 2023-cü ilin sonunda Küveytdə neft hasilatı gündə təxminən 2,8 milyon barel neft təşkil edib. Ölkə həm də əhəmiyyətli təbii qaz ehtiyatlarına malikdir.

Paytaxt sakinlərinə yerli vaxtla saat 11:00-dan 17:00-a qədər istilərin pik həddə çatdığı vaxtlarda enerji sərfiyyatında daha diqqətli olmaları tövsiyə olunub.

Meteoroloqlar öz növbəsində bazar günü Küveytdə termometrin 43 dərəcəyə çatdığını bildiriblər.


Müəllif: Teleqraf.com