İsrailin paytaxtı Tel-Əvivin küçələrindən birində terror aktı törədilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisənin terror aktı olmaq ehtimalı var. Partlayışın yük maşınında baş verdiyi bildirilir.
Polis həmçinin partlayıcı qurğunun vaxtından əvvəl işə düşmə ehtimalını da araşdırır.
İsrail polisi hadisə ilə bağlı araşdırmaya başlayıb.