Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumundan sonra Kiyevlə danışıqlardan söhbət gedə bilməz.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Rusiyadakı səfiri Tanju Bilgiç ilə görüş keçirib. İclasda rusiyalı diplomat hücumu kəskin şəkildə pisləyib.
“Belə bir vəziyyətdə siyasi və diplomatik həll perspektivləri ilə bağlı Kiyevlə hər hansı danışıqlardan söhbət gedə bilməz”, - nazirliyin bəyanatında deyilir.