Rusiyanın Nijni-Novqorod vilayətində milyarder, xeyriyyəçi və keçmiş deputat Dmitri Volodin saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Məlumata görə, Volodin "Rosreyestr"in əməkdaşına rüşvət verməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanlarının əməkdaşları Volodinin evində axtarışlar aparıblar. Digər təfərrüat açıqlanmır.
Qeyd edək ki, iş adamının aktivləri 1,1 milyard rubl (təqribən 19 milyon manat) dəyərində qiymətləndirilir.
Bildirilir ki, Volodin "Ədalətli Rusiya"nın regional bölməsinin deputatı olub. Onun ölkədə 10-dan çox şirkəti var.