İranın 4 vilayətində İŞİD terror təşkilatının 14 üzvü həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Kəşfiyyat Nazirliyi məlumat yayıb.
Qurumun iddiasına görə, şübhəlilər son bir neçə gündə terror fəaliyyəti həyata keçirmək məqsədilə ölkəyə qanunsuz daxil olublar.
Fars əyalətində 7, Tehran, Əlborz və Xuzistanda 7 şübhəli saxlanılıb.