Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Hakurk bölgəsində yeni əməliyyat keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror qruplaşmasının iki üzvü öldürülüb.
Nazirlikdən bildirilib ki, ən son terrorçu öldürülənə qədər mübarizə davam edəcək