25 Avqust 17:39
273
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Pakistanda sərnişin avtobuslarının olduğu iki qəza baş verib, nəticədə 34 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Məlumata görə, birinci qəza ölkənin şimal-şərqindəki Pəncab əyaləti ilə sərhəddə Azat Patton şəhəri yaxınlığında baş verib. "Sərnişinlərin olduğu avtobus aşaraq dərəyə düşüb. Qəza zamanı 22 nəfər, o cümlədən 15 kişi, altı qadın və bir uşaq ölüb", - xilasetmə xidmətinin nümayəndəsi Faruk Əhməd bildirib.

Qeyd olunur ki, ikinci qəza Bəlucistanın Makran Sahil şosesində baş verib. "25 nəfərin olduğu avtobus da dərəyə düşüb. Ehtimal olunur ki, sürücü sürət həddini aşıb və idarəetməni itirib. Qəza zamanı 12 nəfər ölüb", - xəbərdə deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər