Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin növbəti iclası keçirilir.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Məlumata görə, Nazirlər Kabineti son 21 ildə ilk dəfə olaraq Ankaradan kənarda toplanıb. Görüş Ahlat Prezident Sarayında keçirilir.
İclasın əsas mövzusu meşə yanğınlarıdır. İclasda həmçinin iqtisadi durum və antiterror əməliyyatları da müzakirə olunub.
Qeyd olunur ki, belə iclas Sivas Konqresinin 84-cü ildönümü ilə bağlı 2003-cü ildə Sivasda keçirilib və Sivasın problem və ehtiyacları müzakirə edilib.