27 Avqust 09:05
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus müxtəlif gəmilər son 93 il ərzində ilk dəfə Yaponiyaya gedib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, iyulun əvvəlində Los-Ancelesdən yola düşən, Havay adalarında dayandıqdan sonra dənizdə ən uzun marşrutu (3630 mil) qət edən “Ameriqo Vespuççi” adlı tarixi yelkənli təlim gəmisi “Vespucci World Tour” çərçivəsində avqustun 26-da Tokioya çatıb.

Yelkənli gəmi ilə yanaşı, göyərtəsində həm İtaliya Hərbi Hava Qüvvələrinə, həm də İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarələrin olduğu “Cavour” təyyarədaşıyan gəmisi, eləcə də “Alpino” və “Montecuccoli” freqatları Yaponiyaya gəlib.

Gəmilərin qarşılama mərasimində İtaliyanın müdafiə naziri Quido Krosetto və yaponiyalı həmkarı Minoru Kihara iştirak ediblər. İtaliyalı nazir ölkəsinin Hind-Sakit okean regionunda, o cümlədən Yaponiyada müdafiə və təhlükəsizliyin davamlığında maraqlı olduğunu bildirib.

Avqustun 26-da, həmçinin Tokioda təbliğat baxımından beynəlxalq sərgi olan İtaliya kəndinin (Villaggio Italia) açılış mərasimini baş tutub. Sərgi çərçivəsində İtaliya sənayesi, mədəniyyəti, incəsənəti, idmanı, tədqiqat, sənaye və innovasiyalarına həsr olunmuş 40-dan çox tədbir keçiriləcək.

Qeyd edək ki, “Ameriqo Vespuççi” gəmisi 2023-cü il iyulun 1-də Genuya limanından qlobal marşrut üzrə yola düşüb. Yaponiya gəminin dünya turunun 22-ci ölkəsidir və o, avqustun 30-dək gündoğar ölkədə qalacaq. Yelkənli gəmi 2025-ci il fevralın 11-dək beş qitədə 30-dan çox ölkəyə səfər edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər