27 Avqust 13:42
10 917
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsi ilə bağlı ikinci sülh sammiti üçün məkan axtarır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Ukrayna prezidentinin bu məqsədlə Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və İsveçrə ilə danışıqlar apardığı barədə məlumatlar var:

“Zelenski Hindistan Baş naziri Narendra Modi ilə Kiyevdə görüşdən sonra Dehlinin də ikinci sammitə ev sahibliyi edə biləcəyini deyib. Ancaq Zelenski Dehliyə təklif verərkən əlavəsini də unutmayıb: “Amma səmimi olmaq istəyirəm, bu, təkcə Hindistana deyil, ikinci sammitə ev sahibliyi etməkdə müsbət fikirdə olan istənilən dövlətə aiddir. Sülh sammiti kommünikesinə hələ qoşulmayan ölkədə sülh sammiti keçirə bilməyəcəyik”.

Söhbət iyunun 15-də İsveçrədə keçirilən birinci sülh sammitindən gedir. Hindistan həmin sammitdə iştirak etsə də, yekun bəyanata imza atmayıb. Yəni Zelenski demək istəyib ki, ikinci sammitin Hindistanda keçirilməsi üçün Dehli birinci sülh sammtinin yekun bəyanatına imza atmalıdır. Dehlinin həmin bəyanata imza atacağı ilə bağlı məlumat yoxdur”.

Təhlildə vurğulanır ki, Hindistan baş nazirinin Kiyevi tərk etməsindən sonra Rusiya Ukraynanın paytaxtını intensiv raket atəşinə tutub, ölən və yaralananlar var:

“Müharibə başlayandan bu yana Rusiya Ukrayna ərazisinə ən genişmiqyaslı dron və raket hücumunu həyata keçirib. Ukrayna Müdafiə Nazirliyi cavab aksiyası hazırlayır. Bu o deməkdir ki, müxtəlif liderlərin səylərinə baxmayaraq, yaxın müddətdə Moksva ilə Kiyev arasında dialoq yolu ilə sülhə nail olmaq mümkün deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər