29 Avqust 08:13
314
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Bayden və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında yaxın həftələrdə virtual görüşün keçirilməsi planlaşdırılır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Çinə səfəri zamanı xarici işlər naziri Vanq Yi ilə görüşdə bildirib.

Ağ evin yaydığı məlumata görə, tərəflər Tayvan boğazı və Cənubi Çin dənizində gərginliyi azaltmaq məqsədilə ali hərbi komandanların da cəlb olunması ilə təhlükəsizlik üzrə danışıqlarını davam etdirmək barədə razılığa gəliblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər