Ukrayna ordusu Rusiyanın Kursk vilayətində hücum əməliyyatını davam etdirir.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Sırski deyib.
“Kursk istiqamətində hücum əməliyyatı davam edir. Gün ərzində qoşunlarımız ayrı-ayrı istiqamətlərdə 2 kilometrədək irəliləyərək, 5 kvadratkilometr ərazini nəzarətə götürüb”, - komandan vurğulayıb.
Ümumilikdə Ukrayna ordusunun Kurskda 1300 kvadratkilometr ərazini nəzarətə götürdüyü bildirilir.