30 Avqust 23:26
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nüvə müharibəsi başlaya bilər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Lyublyanada Sloveniyanın xarici və Avropa işləri naziri Tanja Fajon ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ukraynada davam edən müharibənin nüvə savaşına çevrilməsi ehtimalı var.

H.Fidan, həmçinin, söyləyib ki, Avropanın mərkəzində davam edən müharibə faciədir:

"Müharibənin gətirə biləcəyi növbəti riskləri təxmin etmək mümkün deyil. Ona görə də müzakirələr başlanmalıdır. Müharibənin regiona daha çox təsir etməsinin qarşısı alınmalıdır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər