Kreml Monqolustanın Beynəlxalq Cinayət Məhkəməsində (BCM) iştirakından narahat deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib: "Narahatlıq yoxdur, Monqolustanda olan dostlarımızla "əla dialoqumuz" var".
Xatırladaq ki, 2023-cü il martın 17-də BCM Putin və Rusiya Prezidentinin Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanı "əhalinin, o cümlədən uşaqların qeyri-qanuni deportasiyası və onların qanunsuz olaraq Rusiyaya köçürülməsindən ibarət olan" hərbi cinayətlərdə iştirakda ittiham edərək həbsə order verib. Bir il sonra, iyunun 25-də BCM-in İstintaq Palatası həmçinin Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.