31 Avqust 12:26
1 220
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Silahlı Qüvvələri gecə saatlarında yenidən Ukrayna ərazilərinə raket və PUA-larla zərbələr endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

Ukrayna obyektləri Voronej və işğal altındakı Donetsk vilayətindən “İsgəndər-M” ballistik raketi və S-300 sistemləri ilə hədəfə alınıb. Kursk vilayətindən də 52 ədəd İran istehsalı (“Şahid”) PUA atılıb.

Rusiyanın hava hücumunun dəf edilməsinə Kiyev, Poltava, Çerkassı, Dnepropetrovsk, Çerniqov, Kirovoqrad, Nikolayev və Sumı vilayətlərində aviasiya, zenit-raket qoşunları, elektron döyüş bölmələri və mobil atəş qrupları cəlb olunub.

Eyni zamanda, Ukrayna Hərbi Hava Qüvvələri hücumun qeyri-adi təfərrüatına diqqət çəkib, 20-dən çox “Şahid” öz-özünə düşüb.

“Hərbi hava vasitələri ilə 24 “Şahid” tipli hücum PUA-sı vurulub, 25-i isə öz-özünə düşüb. İki pilotsuz təyyarə Rusiya istiqamətində, digəri Belarusa uçub”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər