UNİCEF meymunçiçəyinə qarşı vaksinlə bağlı təcili tender elan edib.
Teleqraf.com xəbər verir ki, tender Ümumdünya Səhiyyə Təşkilatı və Afrika Xəstəliklərə Nəzarət Mərkəzi ilə birgə elan edilib. Bildirilir ki, kasıb ölkələrə kömək məqsədi ilə 2025-ci il üçün 12 milyon doza vaksin alınması nəzərdə tutulur.
ÜST-nin məlumatına görə, meymunçiçəyi virusu ilə bağlı ən ağır vəziyyət Konqo, Burundi, Ruanda və Uqandadadır.