Almaniya üçün Alternativ (AfD) partiyasının regional şöbəsinin rəhbəri Byorn Hekke “Lada Niva” ilə ictimaiyyət qarşısına çıxıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Heke “Lada Niva” markalı avtomobillə seçki məntəqəsinə gedib.
Məntəqəyə Byorn Hekenin Rusiya istehsalı olan yolsuzluq avtomobilində gəlməsi ölkə gündəmində diqqət çəkib.
Qeyd edək ki, Almaniyanın şərqindəki iki federal əyalət olan Türingiya və Saksoniyada regional seçkilər keçirilir.