Sağçı "Almaniya üçün Alternativ" partiyası Almaniyanın Türingiya federal əyalətində Landtaqa (əyalət parlamenti) keçirilən seçkilərdə 30,5 faiz səs toplayaraq liderlik edir.
Teleqraf.com xəbər verir ki, bu barədə seçki məntəqələri bağlandıqdan sonra "ARD" telekanalının açıqladığı "exit-poll"un nəticələri bildirib.
Məlumata əsasən, partiya tarixində ilk dəfə olaraq Almaniya əyalət seçkilərində birinci yeri tutur. İkinci yerdə 24,5 faiz səslə Xristian Demokrat İttifaqı (XDİ) qərarlaşıb.