2 Sentyabr 12:53
6 338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan yenidən təxribatçı iddialarından danışıb.

Teleqraf.com xəbər verir ki, o, hələ də hansısa statusla Qarabağa qayıtmaq ümidlərini itirmədiklərini deyib.

Şahramanyan təkcə qayıtmaqdan yox, təxribatçı iddialarını daha da şişirdərək yenidən Qarabağı işğal etməkdən bəhs edib.

Sitat: “Böyük ümidimiz var ki, vətənimizə qayıdıb uğur qazanacağıq. Qarabağın hansı status və necə qaytarılması məsələsi həmişə gündəmimizdədir. Bu problemi həll etmək üçün Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi komitə yaradılıb. Biz mütəmadi olaraq görüşür və mümkün qaytarılma məsələlərini müzakirə edirik. Hazır olmalıyıq. Qayıdışımız beynəlxalq zəmanətlər, layiqli və ədalətli şərtlər daxilində mümkün olacaq”.

Şahramanyan ermənilərin Azərbaycanın suverenliyi və hakimiyyəti altında yaşamaq istəmədikləri üçün Qarabağdan getdiklərini söyləyib. Həmçinin separatçı rejimin ləğvi haqda "fərman"ının heç bir "hüqiqi qüvvə"sinin olmadığını qeyd edib.

Separatçı Ermənistan Baş naziri Nikol Paşinyanla görüşmədiyini də bildirib. İddiasına görə, onunla görüşməyə cəhd etməyib.

“Həmin görüşün baş tutması təbii bir hadisə olmalıdır. Amma indiyə qədər görüşməmişik. Ermənistan hökumətinin hansı məsələlər paketini müzakirə etdiyini bilmirəm. Biz Ermənistan hökumətinə heç bir təklif təqdim etməmişik”, - Şahramanyan əlavə edib.

“Qarabağı qaytarmaq”, öz adıyla desək, işğal etmək ancaq xülya ola bilər. Əgər separatçı ünsürlər kimlərəsə ümid edirlərsə, bu əbəsdir. Azərbaycan işğala son qoyaraq öz ərazi bütövlüyünü bərpa edib. Ermənilərə də şans tanındı ki, vətəndaşımız kimi qalıb yaşasınlar, istəmədilər və könüllü çıxıb getdilər. Azərbaycan bundan sonra öz ərazisində heç bir qanunsuz quruma icazə verməyəcək, bunu başqa yollarla əldə etmək istəyənlərə isə layiqli cavab veriləcək və verilib də. Cəfəng iddialarının onlar üçün nələrə səbəb olduğu yaxın tarixin hadisəsidir, bunu yaddaşlarında həmişə təzə saxlamalıdırlar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər