2 Sentyabr 22:13
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Volkswagen Almaniyada mümkün zavodların bağlana biləcəyi barədə xəbərdarlıq edib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, şirkət bununla xərclərə qənaət etmək istəyir.

Şirkət Almaniyadakı zavodların bağlanma ehtimalını artıq istisna edə bilməyəcəyini etiraf edib. Avtomobil istehsalçısı bir avtomobil istehsal edən zavodu, bundan başqa onun komponentlərini istehsal edən digər zavodu köhnəlmiş hesab edir. Buna görə də şirkət hər iki zavodu bağlamaq niyyətindədir.

Volkswagen-nin xərcləri azaltma proqramına görə 2026-cı ilə qədər 10 milyard avroya (18 milyard manat ) qənaət etmək istəyir.


Müəllif: Arzu

Oxşar xəbərlər