Böyük Britaniya kraliçası II Yelizavetanın (1952-2022) anadan olmasının yüz illiyi münasibətilə 2026-cı ildə onun Londonun mərkəzindəki Sent Ceyms Parkında abidəsi ucaldılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Daily Mirror” qəzeti məlumat yayıb.
Sent Ceyms Parkında abidənin ucaldılması planı gələn həftə - Kraliçanın ölümünün ikinci ildönümündə rəsmən elan ediləcək.
II Yelizaveta 8 sentyabr 2022-ci ildə 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. O, Britaniya tarixində 70 il 7 ay olmaqla ən uzun rəhbərlik etmiş kraliça olub.