6 Sentyabr 08:42
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da prezidentliyə namizəd Donald Tramp Rusiya prezidenti Vladimir Putinin açıqlamasına cavab verib.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Tramp bu barədə Nyu York İqtisadi Klubunda çıxışı zamanı deyib.

“Bununla bağlı dəqiq nə deyəcəyimi bilmirəm. Mən bilmirəm, incimişəm, yoxsa o, mənə yaxşılıq edib”, – Tramp deyib.

Qeyd edək ki, Sentyabrın 5-də Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib ki, ABŞ-da keçirilən prezident seçkilərində Moskvanın favoriti ölkənin hazırkı lideri Co Bayden olub . Lakin onun seçki yarışından geri çəkilməsindən sonra Kreml onun xələfi Kamala Harrisi dəstəkləyəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər