8 Sentyabr 00:09
338
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnamda baş verən “Yaqi” qasırğası nəticəsində azı 4 nəfər ölüb, daha 78 nəfər yaralanıb.

Teleqraf.com verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yerli meteoroloqlar bildirirlər ki, bu, son on ildə regionda baş verən ən güclü qasırğadır.

Qasırğa Vyetnamın Hayfonq və Kuanq Nin əyalətlərini vurub. Orada küləyin sürəti 149 km/saata çatıb. Bir neçə rayonda elektrik enerjisi kəsilib. Sakinlər daşqın təhlükəsi ilə əlaqədar təxliyə edilib.

Bundan əvvəl “Yaqi” qasırğası Çinin cənubunda dağıntılar törədib: Haynan əyalətində 3 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər