11 Sentyabr 10:07
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp teledebat zamanı Ukraynadakı müharibəni müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, Tramp müharibənin bitməsini istədiyini, Harris isə rəqibinin seçkilərdə qalib gələndən sonra 24 saat ərzində Ukraynanı təslim edəcəyini proqnozlaşdırıb.

“İstəyirəm ki, bu müharibə dayansın, milyonlarla insan ölməsin. Biz Ukraynaya Avropadan çox pul vermişik. Baxırsan, rəqəmlər böyükdür. Avropa ödəmir, biz veririk. Sadəcə Baydenin Avropadan pul tələb etməyə cəsarəti çatmır. Əvvəl 250, sonra 280 milyard...”, - Tramp bildirib.

Üstəlik, o, həm Ukrayna Prezidenti Vladimir Zelenski, həm də Rusiya lideri Vladimir Putinlə yaxşı münasibətlərə malik olduğunu vurğulayıb:

“Mənim həm Putinlə, həm də Zelenski ilə yaxşı münasibətlərim var. Mənə hörmət edirlər, Baydenə hörmət etmirlər, onunla danışmırlar. Biz indi Üçüncü Dünya Müharibəsi ilə bağlı odla oynayırıq”.

Tramp Putinin nüvə silahına malik olduğunu xatırladıb.

Əvəzində Harris söyləyib ki, ABŞ Ukraynaya kömək etməkdən imtina edərsə, Putin Kiyevdə oturacaq:

“Tramp seçkidə qalib gəldikdən sonra 24 saat ərzində Ukraynanı təslim edəcək. Bizim köməyimiz olmasaydı, Putin artıq Kiyevdə oturacaqdı. Biz Zelenskiyə və onun qoşunlarına kömək edəcəyik, çünki əks halda Putinin qoşunları Polşada olacaq”.

Harris bəyan edib ki, bütün bunların olmaması üçün Ukrayna müharibədə qalib gəlməlidir. O, ABŞ-ın köməyi sayəsində Ukraynanın özünü müdafiə edə biləcəyini vurğulayıb.

Harris ayrıca Trampı Putinlə danışıqlar ideyasına görə danlayıb: “Düşünürsən ki, diktatorla danışıqlar apara bilərsən? O, naharda səni yeyəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər