11 Sentyabr 17:20
10 695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın tərkibində olan bütün subyektlər Ukrayna ilə bağlı danışıqların predmeti ola bilməz.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Rusiya bölgələri Rusiya Federasiyasının ərazisidir - Konstitusiyamızı oxuyun və bunlar heç bir danışıqların predmeti deyil”, - o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynaya qaytarılmasının beynəlxalq hüququn tələbi olması ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Zaxarova qeyd edib ki, Rusiya Türkiyənin müxtəlif nümayəndələrindən belə bəyanatlar eşidir: hakimiyyətin ən yüksək eşelonlarından tutmuş ekspert icmasına qədər.

“Bütün bu illər ərzində biz öz mövqeyimizi rəsmi kanallar, o cümlədən açıq şəkildə Türkiyə tərəfinə çatdırırıq. Bundan xəbərdardırlar”, - diplomat vurğulayıb.

Rusiya Krımla (2014) yanaşı, Ukraynanın Donetsk, Luqansk, Zaporoje və Xerson vilayətlərini (2022) də ilhaq edib. Ukrayna və BMT Rusiyanın bu addımını tanımayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər