13 Sentyabr 11:39
263
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyetnamın bir sıra şimal əyalətlərində “Yaqi” qasırğasının səbəb olduğu güclü daşqınlar nəticəsində ölənlərin sayı 233-ə çatıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, 823 nəfər yaralanıb.

103 nəfər isə itkin düşüb.

Qeyd edək ki, “Yaqi” qasırğasının yaratdığı daşqınlar 188 min hektardan çox əkin sahəsinə ziyan vurub, həmçinin 1,1 min baş iribuynuzlu mal-qara və 680 min ev quşu tələf olub.

Vyetnam Təbii Fəlakətlərə Qarşı Mübarizə və Axtarış və Xilasetmə Milli Komitəsinin məlumatına görə, qasırğa son 30 ildə ölkəni cənginə alan ən güclüdür. Təbii fəlakət binaların, infrastrukturun geniş miqyasda dağılmasına, kənd təsərrüfatına yararlı torpaqların böyük hissəsinə ziyan dəyməsinə səbəb olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər