14 Sentyabr 15:06
2 887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya düşmən hücumlarına cavab olaraq nüvə silahından istifadə etmir, çünki belə bir münaqişənin təhlükəsini və dönməzliyini anlayır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Rusiya rəsmisi Qərbə xəbərdarlıq edib ki, indiyədək Moskva səbr göstərir, amma bu, tükənə bilər:

“Artıq müharibəyə qarışmış Qərb bossları və onların siyasi sistemləri ölkəmizin dərinliklərinə mümkün raket zərbələrinə reaksiyamız barədə nə düşünürlər? Məsələ burasındadır ki, ruslar kütləvi qırğın silahları (nüvə) ilə cavab verməkdən çox danışırlar, amma heç nə etmirlər. Bunlar sadəcə “şifahi müdaxilələr”dir. Ruslar sərhədi keçməyəcək, sadəcə çəkindirirlər. Nüvə münaqişəsinə ehtiyacları yoxdur, o cümlədən Qlobal Cənubun dəstəyini itirə bilərlər. Qiyamət kimə lazımdır?”

Medvedev vurğulayıb ki, heç kimin nüvə münaqişəsinə ehtiyacı yoxdur, bu, çox ağrılı nəticəsi olacaq çox pis hekayədir:

“Məhz buna görə də indiyədək nüvə silahından istifadə qərarı verilməyib. Rusiya səbirlidir. Bəllidir ki, nüvə reaksiyası geridönməz nəticələri olan son dərəcə çətin bir qərardır. Bununla belə, anqlosaksonlar bir şeyi etiraf etmək istəmirlər ki, bütün bu səbrin sonu gəlir”.

Siyasətçi Rusiyanın nüvə silahından istifadə etməsi üçün bütün dünya ictimaiyyəti üçün anlaşılan və nüvə doktrinasına uyğun formal ilkin şərtlərin olduğuna diqqət çəkib. O, belə hadisələr sırasına Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu da daxil edib.

“Bəli, ruslar böyük ehtimalla bu şəkildə cavab verməyəcəklər, baxmayaraq ki, hələ də bir ehtimal var. Üstəlik, cavab yeni qeyri-nüvə daşıma vasitələrinin istifadəsi ola bilər”, - Medvedev əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər