Moskva bilir ki, Qərb artıq Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək barədə qərarlar verib və bu barədə Kiyevə müvafiq siqnallar ötürüb.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Prezident bu mövzuda çox açıq danışdı. Biz bilirik ki, bir müddət əvvəl müvafiq qərarlar qəbul edilib və bu qəbildən olan siqnallar Kiyevə ötürülüb”, - diplomat vurğulayıb.
Rusiya Prezidenti Vladimir Putin bundan öncə bəyan etmişdi ki, Ukrayna Qərbin köməyi olmadan ölkəsinin dərinliklərinə zərbələr endirmək iqtidarında deyil. Rusiya lideri onu da söyləmişdi ki, NATO ölkələri təkcə Kiyevin Qərbin uzaqmənzilli silahlarından mümkün istifadəsini müzakirə etmir, həm də Ukrayna münaqişəsində birbaşa iştirak edib-etməmək barədə qərar verir.
Putin Moskvanın Rusiya üçün yaranan təhdidlərə əsaslanaraq qərarlar qəbul edəcəyi barədə xəbərdarlıq edib.