19 Sentyabr 10:56
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qallantla İran, “Hizbullah” terror təşkilatı və Tehranın digər proksi qüvvələrinin Yaxın Şərqdəki təhlükəli fəaliyyətlərini müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) açıqlamasında deyilir.

Pentaqon rəhbəri İran, “Hizbullah” və Tehranın digər regional tərəfdaşlarının təhdidləri qarşısında ABŞ-ın İsrailə sarsılmaz dəstəyini təkrarlayıb.

Ostin ABŞ-ın İsrailin regional düşmənlərinin qarşısını almaq öhdəliyini və regionda gərginliyi azaltmaq səylərini vurğulayıb.

Telefon danışığı “Hizbullah” üzvlərinin mobil cihazlarının son iki gündə kütləvi partlayışından sonra baş tutub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər