İsrail ordusu Livanın cənubunda "Hizbullah" hədəflərinə zərbə endirməyə başlayıb.
Teleqraf.com xəbər verir ki, bu, “Hizbullah” lideri Həsən Nəsrullahın Livanda rabitə qurğularının partlaması ilə bağlı müraciətindən bir müddət əvvəl baş verib.
Ordunun şimal bölgəsi ilə bağlı döyüş planlarının təsdiq olunduğu da qeyd olunub.