20 Sentyabr 09:43
1 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruslar Belqorod vilayətində istehkamlar tikir, səngərlər qazır və xüsusi təyinatlı hidrotexniki qurğular hazırlayırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Xarkov” qrupunun sözçüsü Vitali Sarantsev məlumat verib.

“Bu, gələcək üçün “əlfəcin” kimi qiymətləndirilə bilər. Bu, vəziyyətin kəskin şəkildə dəyişməsinə və bu durumda bəndləri partladaraq Ukrayna qüvvələrinin irəliləyişini ləngitməyə hesablanmış hazırlıqdır”, - sözçü qeyd edib.

Onun ehtimalına görə, Kreml duruma uyğun olaraq Ukraynanı ittiham etmək üçün hidrotexniki qurğularda növbəti təxribat hazırlaya bilər.

Sarantsev əlavə edib ki, bəndlərin dağıdılması irimiqyaslı daşqınlar, yaşayış məntəqələrinin su altında qalması və ekoloji fəlakətə səbəb ola bilər.

Ukrayna ordusu artıq Rusiya ərazisinin bir hissəsini ələ keçirə bilib. Söhbət Kursk vilayətinin ərazilərindən gedir. Bu, İkinci Dünya Müharibəsindən sonra Rusiya ərazisinə ilk xarici hərbi müdaxilədir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər