22 Sentyabr 22:57
858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vaşinqton administrasiyası HƏMAS lideri Yəhya Sinvarı girovların azad edilməsi və Qəzzada atəşkəsin əldə edilməsinə dair razılaşmaların reallaşmasında əhəmiyyətli maneə hesab edir.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Aydındır ki, cənab Sinvar razılaşma yolunda əsas maneə olaraq qalır və o, əlbəttə ki, son həftələr ərzində yaxşı niyyətlə irəliləməyə hazır olduğunu sübut etmək üçün heç nə etməyib.

O, şübhəsiz ki, əsas maneədir",- o bildirib.

Kirbi əlavə edib ki, son bir-iki həftə ərzində heç bir irəliləyiş əldə olunmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər