24 Sentyabr 13:53
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ, Hindistan, Avstraliya və Yaponiyanın üzv olduğu QUAD (Dördtərəfli Təhlükəsizlik Dialoqu) formatında liderlərin Delaver ştatındakı görüşündə bir çox mövzu müzakirə edilib. ABŞ Prezidenti Co Bayden Çinin Cənubi Çin dənizində aqressiv davranmağa davam etdiyini söyləyib. Yaponiya Baş naziri isə Rusiya hərbi təyyarələrinin Hokkaydo adasının şimalında ölkəsinin hava sərhədlərini pozmasından şikayətlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, yaxın aylarda QUAD-a üzv ölkələrin ticarət və sənaye nazirləri də ilk dəfə görüşəcəklər:

“Hindistan, Avstraliya və Yaponiyanı Çinin bölgədə artan hərbi gücü daha çox narahat edir. Hindistan Baş naziri Narendra Modi 4 ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Liderlər Sakit okean, Cənub-Şərqi Asiya və Hind okeanı regionu da daxil olmaqla Hind-Sakit Okean hövzəsi üzrə tərəfdaş ölkələrə fayda verən real layihələrin icrasını anons ediblər. Başqa bir təşəbbüs Hind-Sakit okean tərəfdaşlığı vasitəsilə “Hind-Sakit Okeanda Təlim üçün Dəniz Təşəbbüsü” layihəsinin elan edilməsi olub. Bu layihənin məqsədi ekstremal hava hadisələri və iqlimə təsirlərin kosmosda monitorinqi üçün açıq elm konsepsiyasını dəstəkləməkdir. Liderlər Hind-Sakit okean regionunda yüksək səmərəli, sərfəli soyutma sistemlərinin yerləşdirilməsi və istehsalı da daxil olmaqla enerji səmərəliliyini artırmaq üçün səylərini artıracaqlarını bildiriblər.

QUAD 2025-ci ildə Hind-Sakit okean boyunca infrastrukturun, dəniz limanlarının təkmilləşdirilməsini qərarlaşdırıb. Bu sırada rəqəmsal infrastrukturun inkişafı xüsusi əhəmiyyət kəsb edəcək.

Liderlər, həmçinin QUAD çərçivəsində yarımkeçirici təchizat zəncirlərinin dayanıqlığını artırmaq üçün “Yarımkeçirici Təchizat Zəncirləri Təhlükəsiz Şəbəkə Əməkdaşlıq Memorandumu”nu qəbul ediblər. QUAD liderləri həmçinin 5G-nin tətbiqinə vacibliyini vurğulayıblar. Bayden və Modi Qərbi Kolkata şəhərində yeni yarımkeçirici istehsal müəssisəsinin tikintisini müzakirə ediblər. Modi ABŞ-a səfəri zamanı iki ölkənin “gələcək üçün texnologiya tərəfdaşlığı” qurmaq təşəbbüsünü dəstəklədiyini deyib. Vaşinqton və Dehli yarımkeçiricilərin Hindistanda birgə istehsalı məsələsində əməkdaşlığı dərinləşdirməyə qərar verib. Hindistan çip istehsalına milyardlarla dollar yatırım qoymağı planlaşdırıb”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər