13:18
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın “Katmerini” qəzeti ötən günlərdə ABŞ-ın Türkiyəyə Rusiyadan alınmış S-400 raketləri ilə bağlı təklif verdiyini yazmışdı. O iddiaya görə, Vaşinqton Ankaranın F-35 proqramına qaytarılması qarşılığında S-400-lərin ya ABŞ-a verilməsi, ya da İncirlik bazasında yerləşdirilməsini təklif edib.

Teleqraf.com xəbər verir ki, mövzu ilə bağlı “Haberglobal”a danışan Türkiyə hərbi aviasiyasının təqaüdçü generalı Beyazıt Karataş Afinanın bununla Ankaraya qarşı fikir formalaşdırmağa çalışdığını deyib.

“Türkiyənin S-400-ləri İncirlikdə (ABŞ bazası) yerləşdirməsi və ya başqa ölkəyə satmasından söhbət gedə bilməz”, - general vurğulayıb.

Karataş ABŞ-dan Türkiyəyə qarşı tətbiq edilən hərbi sanksiyaların S-400-lərlə heç bir əlaqəsinin olmadığını bildirib.

Türk general ABŞ-ın ölkəsinə satmaqdan imtina etdiyi F-35 qırıcılarındakı nöqsanlara diqqət çəkib:

“F-35 çox bahalı, texniki səmərəliliyi aşağı olan bir təyyarədir. F-35 uçan kompüterdir. Uçuşa başladıqda sistemə daxil olmaq üçün istifadəçi adı və ya şifrə tələb olunur. Bu şifrələr də ABŞ-dan gəlməlidir. Başqa sözlə, F-35-i uçurmaq üçün hər dəfə istehsalçıdan şifrə gözləmək lazımdır. Müştəri ölkələrdən çoxsaylı şikayətlər var. F-35-lər kiberəməliyyatlar və hücumlara qarşı zəifdir. ABŞ istədiyi vaxt, harada olur-olsun, F-35-lərə müdaxilə edə bilər”.

Professor Hasan Ünal hesab edir ki, belə bir addım Türkiyəni ABŞ-dan asılı vəziyyətə sala bilər.

Professor istehsal olunan F-35-lərin yalnız 29 faizinin təhlükəsiz şəkildə uça bildiyini söyləyib: “ABŞ-da, xüsusən də Konqresdə ciddi müzakirələrə səbəb olduğu və İngiltərə kimi dövlətlərin bu qırıcıların önəmli hissəsini xidmətdən çıxardıqları halda, ümid edirəm ki, belə bir səhvə yol verməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər