Dünya potensial nüvə müharibəsinə çox yaxındır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ ordusunun keçmiş kəşfiyyat zabiti, analitik Skot Ritter deyib.
Onun sözlərinə görə, Qərb dövlətləri hələ də Rusiyanı zəiflətməyə çalışır:
"Bunun üçün Qərb dövlətləri getdikcə daha ümidsiz, riskli addımlar atırlar. Xüsusilə, Ukraynada münaqişənin gərginləşməsinə töhfə verirlər. Digər yandan onlar Rusiyanın nüvə silahından istifadə etməyə hazır olması ilə bağlı sözlərini ciddiyə almırlar. Bunu Pentaqonun hərəkətləri də təsdiqləyir. O, ABŞ-ın Rusiyanı öz silahı ilə vurması ssenarisini hazırlayıb.
Bu ssenarinin çılğınlığı ondadır ki, o, Kreml ərazisinə nüvə hücumu olarsa, Rusiya öz strateji nüvə arsenalının bütün gücü ilə cavab verəcəyini açıqlayıb.
Amma Vaşinqton unudur ki, Rusiya blef etmir. Öz ərazisinə hücumlar olarsa, əslində nüvə silahından istifadə edə bilər. Onda ABŞ ya münaqişəni gərginləşdirməyə davam etməklə cavab verməyə, ya da vəziyyətin Rusiya tərəfindən həllinə ümid etməyə məcbur olacaq. Biz ABŞ və Rusiya arasında nüvə münaqişəsinə 1962-ci ildəki Kuba raket böhranından sonra heç vaxt olmadığı qədər yaxınıq", - Ritter bildirib.