26 Sentyabr 21:57
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Alyaska ştatında (keçmiş Rusiya ərazisi – red.) hərbi qüvvələrini gücləndirməyə qərar verib. Vaşinqton Rusiya və Çinin Alyaska ətrafında hərbi cəhətdən fəallaşmasından narahatdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Penqaton Alyaskada uzaqmənzilli raketlər yerləşdirib:

“Bundan başqa, Pentaqon Alyaska sahillərinə hərbi gəmilərini göndərib. Pentaqonun bu addımları qarşılığında bölgədə Rusiya-Çin hərbi əməkdaşlığının artacağını proqnozlaşdırmaq olar.

Pekinin Vaşinqtonun fəallığına cavabı özünü çox gözlətməyib. Çin fərqli sahədə ABŞ-a çətinliklər yaratmağa başlayıb. Çin çip istehsalı üçün əsas xammal olan qallium və germanium ixracatı üzərində nəzarəti gücləndirib. “Foreign Policy” nəşrinin yazdığına görə, Çin ABŞ üçün vacib olan surma materialının ixracına məhdudiyyət qoyub. Bu materialdan müdafiə sənayesində, o cümlədən raket və nüvə silahlarının istehsalında istifadə edilir. ABŞ-ın bu materiala tələbatı ilbəil artır. Problem həm da Birləşmiş Ştatların iyirmi ildən artıqdır surma hasil etməməsiylə bağlıdır.

Dünya surma istehsalının təxminən yarısı Çinə məxsusdur. Çin bu materialın hansı ölkəyə satışına həmin ölkə ilə siyasi münasibətlərinin vəziyyətinə görə qərar verir. Pekinin Vaşinqtonla münasibətləri isə hamar deyil. ABŞ və Avropa ölkələri istehsal üçün zəruri material və mineralları Çindən ala bilmədikdə, alternativ mənbələr axtarmaq məcburiyyətində qalacaqlar. Bu, zaman alacaq”.

Mərkəzin ekspertləri əlavə edirlər ki, Delaver ştatında QUAD (ABŞ, Hindistan, Avstraliya və Yaponiya) ölkələrinin liderləri mineralların birgə istehsalı üçün maliyyə şəbəkəsi qurulmasını müzakirə ediblər:

“QUAD ölkələri bununla Çinin kritik minerallar üzrə qlobal üstünlüyünü dayandırmağa çalışırlar. ABŞ QUAD-la yanaşı, Avropadakı tərəfdaşlarıyla da mineralların istehsalı və bu sahədə əməkdaşlığın gücləndirilməsi üçün zəruri maliyyənin ayrılmasını müzakirə edir. Bu əməkdaşlıq formalatında əsas məqsəd kritik mineralların təhlükəsiz və davamlı təchizat zəncirlərini inkişaf etdirməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər