"ABŞ prezidenti Co Baydenin administrasiyası Rusiya hakimiyyətini Ukraynada hərbi əməliyyatlara başlamağa təhrik edib".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ prezidentliyi yarışının keçmiş iştirakçısı kiçik Robert Kennedi bildirib.
O xatırladıb ki, münaqişə başlamazdan iki gün əvvəl ABŞ-ın vitse-prezidenti Kamala Harris Almaniyaya gedib və ABŞ-ın NATO-nu Ukraynaya qədər genişləndirdiyini bəyan edib.
"Demokrat Partiyası əvvəllər sülh partiyası idi, bu gün isə müharibə partiyasıdır” - Kennedi deyib.