Yaxın Şərq regionu böyük müharibənin astanasındadır.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Yaxın Şərq yenidən böyük müharibənin astanasındadır, bizə elə gəlir ki, bunu kimsə çox istəyir”, - nazir bildirib.
Lavrov bu duruma Fələstin-İsrail münaqişəsinin nizamlanmamasının səbəb olduğunu qeyd edib.
“Fələstin-İsrail münaqişəsinin nizamlanmamış xarakteri bütün regionda sabitliyi pozan təsirə malikdir. Qəzza böhranı Livan-İsrail qarşıdurmasının katalizatoruna çevrilib”, - Rusiyanın baş diölomatı vurğulayıb.