20:56
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Hizbullah liderini məhv etmək cəhdinin qarşısının bir dəfə alındığı məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Məlumata görə, ABŞ 2023-cü ildə ilk dəfə İsraili Nəsrullahı öldürmək fikrindən daşındırıb.

Belə ki, 2023-cü ilin oktyabrında Fələstin HƏMAS hərəkatının hücumundan az sonra İsrail Müdafiə Qüvvələri Hizbullahdan hücum gözləyib. Bunun qarşısını almaq üçün İsrail ordusu Nəsrullahın İsrail kəşfiyyatının aşkar etdiyi yeri bombalamağa hazırlaşıb, lakin ABŞ bunun qarşısını alıb.


Müəllif: Arzu

Oxşar xəbərlər