30 Sentyabr 10:59
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidentinin Kabineti üçhəftəlik fasilədən sonra dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün toplanacaq.

Teleqraf.com xəbər verir ki, Beştəpədəki toplantıda əsas mövzu İsrailin Qəzzadan sonra Livana hücumu olacaq.

Məlumatda deyilir ki, toplantıda Türkiyənin İsrailin müharibəni bölgəyə yaymaq strategiyasına cavab olaraq atacağı addımlar müzakirə olunacaq.

İclasda Ərdoğanın BMT Baş Assambleyasının sessiyası üçün getdiyi ABŞ-da keçirdiyi görüşlər, qəbullar, təmaslar və səfərlər barədə də Nazirlər Kabineti üzvlərinə məlumat verməsi gözlənilir.

Ölkədaxili siyasi-iqtisadi məsələlər də masada olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər