17:53
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu “Kadırovçular” dəstəsini (çeçen döyüşçülər) Xarkov vilayətinin Liptsi kəndinə gətirib.

Teleqraf.com xəbər verir ki, Ukrayna ordusunun “Axilles” hücum batalyonunun komandiri Yuri Fedorenko yaxın gələcəkdə cəbhənin bu istiqamətində eskalasiyanın olacağını proqnozlaşdırır.

Onun sözlərinə görə, ruslar adətən eskalasiyaya hazırlaşarkən, qüvvələrdə nizam-intizam yaratmaq məqsədilə “Kadıovçular”ı lazımi istiqamətlərdə yerləşdirirlər. Fedorenko əlavə edib ki, döyüş tapşırıqlarını yerinə yetirməkdən imtina edənləri məcbur etmək səlahiyyəti çeçen döyüşçülərdədir.

Batalyon komandiri qeyd edib ki, Rusiya ordusunun məqsədi Xarkov vilayətinin mərkəzinə mümkün qədər yaxınlaşmaqdır:

“Bundan əlavə, ruslar Kupyan istiqamətində irəliləmək üçün Vovçanskı tamamilə ələ keçirmək istəyirlər. Vovçansk şəhəri demək olar ki, tamamilə yer üzündən silinib, amma Ukrayna qüvvələri burada öz mövqelərini saxlayır və şəhərin böyük hissəsi onların nəzarətindədir. Düşmənin bu istiqamətdə irəliləmək cəhdləri uğursuzluqla bitir”.

Fedorenkonun fikrincə, ruslar Oskil çayının sol sahilini götürsələr, Kupyanı ələ keçirmək üçün yaxşı imkanlar əldə edəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər