7 Oktyabr 20:46
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Qərb dövlətləri artıq Rusiya Federasiyasının fəal iştirakı ilə hazırlanmış nizamlanma prosesində iştirak etmək bəhanəsi ilə Cənubi Qafqazın işlərinə qarışmağa çalışırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov keçirdiyi brifinqdə bildirib.

"ABŞ və bir sıra digər Qərb ölkələri (Azərbaycan və Ermənistan arasında) sülh müqaviləsi üzərində işləmək prosesinə qoşulmağa çalışırlar. Biz hesab edirik ki, bütün çətin işlər Moskvada həll olunub və indi qərblilər sadəcə olaraq danışıqlar prosesinə qoşulmaq və bununla da regional işlərə və regionun özünə qarışmaq istəyirlər", - o deyib.

"Baxmayaraq ki, yumşaq desək, hətta (Ermənistan və Azərbaycan arasında) ikitərəfli danışıqlarda iştirak edənlərin heç də hamısı Qərbin bu rolunu və danışıqlar prosesinə qoşulmaq cəhdlərini alqışlamır.

Aİ-nin Ermənistandakı missiyasının fəaliyyəti də birmənalı qarşılanmır", - diplomat əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər