10 Oktyabr 16:48
4 024
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ İsrailə Vaşinqtonun Tehrana qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməsi müqabilində İrana qarşı cavab zərbəsinin miqyasını məhdudlaşdırmağı təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb.

Nəşr yazır ki, ABŞ rəsmiləri İsrailin İranın enerji infrastrukturuna hücumunun enerji bazarlarını şoka sala biləcəyindən ehtiyat edir.

“Blumberq” qeyd edir ki, Vaşinqton İsraili hədəf seçərkən hücumu hərbi hədəflərlə məhdudlaşdırmağa inandırmağa çalışır, ABŞ bunun üçün Tehrana qarşı iqtisadi sanksiyaları sərtləşdirməyə hazırdır.

İsrail müdafiə naziri Yoav Qalant bundan öncə bildirmişdi ki, ölkəsi raket hücumuna cavab olaraq İrana zərbə endirmək planlarından imtina etməyib. Qalantın sözlərinə görə, hücum o qədər ölümcül və qəfil olacaq ki, İranın nə baş verdiyini anlamağa vaxtı olmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər