11 Oktyabr 00:16
2 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının üzvləri ilə qaz hasilatı müqaviləsi imzalayıb.

Teleqraf.com xəbər verir ki, müqavilə Özbəkistanın Əfqanıstanda qaz hasilatına investisiya yatırılmasını nəzərdə tutur. Proses Əfqanıstanda Cövzcan və Fəryab əyalətlərində baş tutacaq.

Müqavilə on il müddətinə bağlanıb. Sənədi Əfqanıstan baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Baradara Axunda və Özbəkistan Prezidentinin xüsusi nümayəndəsi İsmatulla İrqaşev imzalayıblar.


Müəllif: Arzu

Oxşar xəbərlər