HƏMAS-ın hərbi qanadı olan İzzəddin əl-Qəssam Briqadaları, Qəzza zolağının şimalında yerləşən İsrail hərbi karvanına hücumlar təşkil etdiklərini bildirib.
Teleqraf.com xəbər verir ki, əl-Qəssam Briqadalarının “Telegram” kanalındakı məlumata görə, Cibaliya qaçqın düşərgəsində İsrail ordusunun hərbi maşınlarına qarşı pusqu qurulub.
Açıqlamaya görə, hücum zamanı karvanda 12 hərbi maşın və əsgərləri daşıyan yük avtomobili hədəf olub.
Hücum nəticəsində bir çox İsrail əsgərinin zərərsizləşdirildiyi iddia olunur. Lakin İsrail tərəfi hadisə ilə bağlı hələlik heç bir şərh verməyib.