11 Oktyabr 14:50
3 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın milli təşkilatı “Nihon Hidankyo” 2024-cü il Nobel Sülh mükafatının laureatı olub.

Teleqraf.com xəbər verir ki, bu təşkilat mükafata nüvə silahının törətdiyi humanitar fəlakətlər haqqında məlumatların yayılmasında mühüm rol oynayan fəaliyyətinə və nüvə silahına qarşı beynəlxalq kampaniyalarda fəal iştirakına görə layiq görülüb.

Təşkilat nüvə silahlarını qadağan etmək üçün mübarizə aparır və sağ qalanlara atom bombası hücumlarının nəticələri ilə bağlı hüquqi və tibbi məsələlərdə köməklik göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər