“Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullah İsrail ordusunun hər biri bir ton ağırlığında 83 bomba istifadə etdiyi yeraltı bunkerə hücum nəticəsində həyatını itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Israel Hayom” məlumat yayıb.
Nəsrullahın ABŞ-ın MK84 ağır bombalarından istifadə olunaraq məhv edildiyi güman edilirdi. Amma “İsrael Hayom” yazır ki, sözügedən əməliyyatda İsrail istehsalı bombalardan istifadə olunub.
Nəşr bildirir ki, bunlar İsrailin yeni imkanlar hesabına hazırlanıb.