İsrail "Hizbullah" bərpa olunacağı təqdirdə Livandakı hərbi infrastrukturu yenidən məhv ediləcəyini bəyan edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu İsrail ordusunun qərargah rəisi Herzi Halevini deyib.
“Əgər kimsə bu kəndləri yenidən tikmək barədə düşünsə, biləcək ki, terror infrastrukturu yaratmağa dəyməz, çünki İsrail ordusu onu yenidən zərərsizləşdirəcək. Həm Beka vadisində, həm də Litaninin şimalında və cənubunda, Beyrutda və bütün istiqamətlərdə fəaliyyət göstəririk”, - deyə Halevi bildirib.