ABŞ Prezidenti Cozef Bayden Qəzza zolağında hərbi əməliyyatların tezliklə dayandırılmasını gözləyir və yaxın günlərdə dövlət katibi Antoni Blinkeni İsrailə göndərəcək.
Teleqraf.com xəbər verir ki, bunu Amerika lideri Berlinə gəldikdən sonra jurnalistlərə açıqlamasında deyib.
Vaşinqton administrasiyasının rəhbəri bildirib ki, o, İsrailin baş naziri Binyamin Netanyahuya radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın zərərsizəşdirilməsi münasibətilə təbrik etmək üçün zəng edib. "Onun əlləri çox qana batıb - amerikalılar, israillilər və başqaları", - Bayden hesab edir.
Onun sözlərinə görə, indi hərəkət etmək, Qəzzada atəşkəsə keçmək vaxtıdır.
"Bu müharibəni bitirmək və girovları evlərinə qaytarmağın vaxtı çatıb. Biz bunu etməyə hazırıq. Mən Toni Blinkeni İsrailə göndərirəm. Düşünürəm ki, o, dörd-beş günə gedəcək. Hər halda, o, gedəcək. Mən bu barədə Bibi Netanyahu ilə danışmışam”, - ABŞ Prezidenti əlavə edib. "İndi biz sabahın nə olacağı, Qəzzanı necə təmin edə biləcəyimiz və irəliləyəcəyimiz üzərində işləyəcəyik", - Bayden deyib. "Qəzza zolağında döyüşlərin tezliklə bitəcəyini düşünürsünüzmü?" - sualına Bayden belə cavab verib: "Ümid edirəm çox tezliklə".