20 Oktyabr 01:59
1 807
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real Madrid" İspaniya La Liqasının onuncu turunda "Selta Viqo"ya qalib gəlib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, Viqo şəhərindəki "Balaidos" stadionunda keçirilən görüş 2:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

"Real Madrid"in fransalı hücumçusu Kilian Mbappe 20-ci dəqiqədə hesabı açıb. 51-ci dəqiqədə "Selta"nın 20 yaşlı yarımmüdafiəçisi isveçli Villiot Svedberq hesabı bərabərləşdirib, Madridə qələbə braziliyalı Vinisius Juniorun 66-cı dəqiqədə vurduğu qolla gətirib.

Bu qələbə sayəsində "Real" İspaniya çempionatının turnir cədvəlində "Barselona"nı arxada qoyub. Hər iki klubun 24 xalı var. Bununla belə, katalonlar hələ bu turda görüşlərini keçirməyiblər - oktyabrın 20-də "Sevilya" ilə qarşılaşacaqlar. "Selta" on görüşdən sonra 13 xalla onuncu pillədə qərarlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər